Mahsun Kırmızıgülün yeni serialı

Mahsun Kırmızıgülün yeni serialı

22 İyun 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Mahsun Kırmızıgülün Kanal D-də yayımlanacaq "Gözəl Sevgilər Yurdu"nun baş rollarını Caner Topçu və Nilsu Berfin Aktaş oynayıb.

"Möcüzə", "Günəşi Gördüm", "Nyu Yorkda Beş Minarə" və "Prestij Meselesi" kimi filmləri ilə adından söz etdirən Mahsun Kırmızıgül bu dəfə "Güzel Aşklar Diyarı" serialının hazırlıqlarına başlayıb. Kırmızıgülün Kapadokyada çəkiləcək serialının baş rol ifaçıları da bəlli olub.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, “Güzel Aşklar Diyarı” serialı Mahsun Kırmızıgülün Murat Tokatla qurduğu “Uzay Film” və uğurlu prodüser Fatih Aksoyun “MedYapım” şirkəti ilə birgə çəkiləcək. Kapadokyada çəkiləcək serialın baş rol ifaçıları Nilsu Berfin Aktaş və Caner Topçudur. Serialda Arhan obrazını Topçu, Zeynep obrazını isə Aktaş canlandıracaq. Maraqla gözlənilən serialın aktyor heyətində Halil Ergün, Meltem Cumbul, Berkan Şal, Melis Birkan, Özgür Emre Yıldırım və Ege Kökenli yer alır. Serial yaxın həftələrdə Kanal D ekranlarında yayımlanacaq.

Oxuməni.az