Toy mərasiminə ailəsi və yaxın dostları da daxil olmaqla cəmi 14 nəfər qatılıb

Toy mərasiminə ailəsi və yaxın dostları da daxil olmaqla cəmi 14 nəfər qatılıb

14 İyun 2024 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış aktrisa Ezgi Mola uzun müddətdir ki, menecer Mustafa Aksakallı ilə xoşbəxt ailə həyatı sürür. Koronavirus epidemiyası başlamazdan əvvəl toy hazırlıqlarını görən Ezgi Mola pandemiya səbəbindən toy planlarını təxirə salmışdı.

Tanınmış cütlük arzularını yerinə yetirərək keçən ilin may ayında ailə icərisində toy ediblər. Mola və Ağsakallının sadə toy mərasiminə ailəsi və yaxın dostları da daxil olmaqla cəmi 14 nəfər qatılıb. Tanınmış aktrisa toydan az sonra hamilə olduğunu açıqlayıb. Hamiləliyi ərəfəsində çəkdiyi kələ-kötür pozalarını izləyiciləri ilə bölüşən Ezgi Moladan hələ ötən ilin noyabrda şad xəbər gəlmişdidi. Ezgi Mola-Mustafa Aksakallı cütlüyü noyabr ayında oğullarını qucaqlarına alıblar. Cütlük bu günlərdə ilk dəfə olaraq ailə şəkillərin sosial şəbəkədə paylaşaraq valideyn olmaq sevincini yaşayıblar…

Oxuməni.az