Kralın varisinin otağı hazırdır!
Şahzadə Uilyam və həyat yoldaşı Ketrin uşaqlarının otağını hazırlamağa başladılar. Bütün dünya nişanlandıqlarını elan etdikləri gündən bu yana bu cütlüyü təqib etməkdədir. Onların 2013-cü ildə uşaq sahibi olacağı xəbəri saray sakinləri, İngiltərə ilə yanaşı bütün dünyanı sevindirdi. Hamiləliyi dövründə bəzi müalicələr alan, həkimlərin nəzarəti altında olan Kembric düşesi Ketrin özünə gələr-gəlməz uşağın otağı ilə məşğul olmağa başladı. Doğum öncəsi Kensinqton Sarayına köçən şahzadə və xanımı uşaq otağının hazırlanması üçün "Dragons of Walton Street" markası ilə anlaşdı. Oxumeni.az qeyd edir ki, Uilyamın öz uşaqlıq otağı da bu marka tərəfindən bəzədilmişdi - mebelləri belə əl işi idi. Ketrinin rəqifləri də uşaq üçün "Dior" və "Fendi" brendinin istehsalı olan mallardan hədiyyə ediblər.
Günel Həbib
O.M.



















.jpg)

.jpg)


.jpg)





































































