Namiq Qaraçuxurlu haqqında gəzən söz-söhbətlərə son qoydu!
Yaltaqlığı, yalançılığı, riyakarlığı sevmədiyini vurğulayan məşhur meyxanaçı nəhayət ki, haqqında gəzən söz-söhbətlərə son qoydu. "Çox adamdan eşitmişəm, hətta mətbuat belə mənim artıq müğənnilik etdiyimdən bəhs edib. Bəli, vaxt gəlib çatdı hər şeyə son qoymağa! Mən müğənnilik edirəm. Mahnılarımı ürəkdən oxuyuram, səsim də buna yol verir. Bəzilərindən yaxşı oxuduğumu düşünürəm. Bu, o demək deyil ki, meyxanadan uzaqlaşmışam. Əsla! Bu sənətə meyxanaçı kimi gəlmişəm. Sinəm doludur, meyxana deməyə davam edəcəyəm, amma yalnız söz xiridarları ilə! Yəni meyxana sənətini tam mənimsəmiş şəxslərlə! Çünki indi çoxları dırnaqarası meyxana deməyə başlayıblar. Bilən də, bilməyən də özünü meyxanaçı adlandırır. Toylarda əzbərlədiklərini söyləyirlər. Bu, meyxana sənətini gözdən salır. İnanın ki, məndən sonra mahnı oxuyan, müğənnilik edən meyxanaçıların sayı artacaq", - deyən Namiq Qaraçuxurlu 2013-cü ilin gəlişi münasibətilə Oxumeni.az saytı vasitəsilə hər kəsi təbrik etməyi də unutmadı:
- Artıq 2012-ci ilin astanasındayıq. Bir neçə gündən sonra bu ili təhvil verib, ilan üstündə görüşümüzə gələn 2013-cü ili qarşılayacağıq. Azərbaycan xalqına əmin-amanlıq arzulayıram. Dünya azərbaycanlılarını təbrik edirəm. Hər kəsə ruzi-bərəkət diləyirəm. Mehribançılıqdan gözəl heç nə yoxdur bu dunyada. Ölüm-itim dünyadır, gəlin sülh içində yaşayaq ki, ömrümüz də uzun olsun. Bir daha qarşıdan gələn Yeni İliniz mübarək olsun!
Könül Aypara



















.jpg)

.jpg)


.jpg)





































































