Faiq Ağayev bu dəfə də fərqliliyi ilə seçildi!
Xalq artisti Faiq Ağayevin həyəcan və gərginlik içərisində, eyni zamanda da həvəslə hazırlaşdığı konsertinə artıq saatlar qalıb. Sabahdan etibarən möhtəşəm Heydər Əliyev Sarayında sevilən sənətçinin dörd günlük (27,28,29 və 30 dekabr) "Vida" adlı konsertinə start veriləcək.
Xatırladaq ki, ilin gözlənilən konsert proqramının ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri isə "Şeron" qrupunun bədii rəhbəri Rüstəm Zeynallıdır. Səhnədə Faiq Ağayevi "Spider" şou-baleti və xüsusi dəvət olunan rəqqaslar müşayiət edəcəklər. İfa olunacaq mahnıların aranjiman müəllifləri Givi Usanaşvili və Yaşar Baxışdır. İşıq üzrə baş rəssam isə Türkiyədən dəvət olunan mütəxəssisdir.
Faiq Ağayev 4 hissəli konsert proqramında 25 mahnı ifa edəcək, hansı ki, 4-ü meqamiksdir. O, hər zaman həssaslıqla yanaşdığı, xüsusi zövqlə seçdiyi geyimlərini bu dəfə modelyer Rinat Ramazanova həvalə edib. Bütün bu işlərinə 250 min manat pul xərcləyib.
Faiq Ağayevin daha bir özünəməxsus addımını təqdirəlayiq hal hesab etdik və mətbuatda işıqlandırmağı özümüzə borc bildik. Belə ki, xalq artisti bir çox həmkarlarından fərqli olaraq, kimsəsiz, himayəsiz uşaqları da unutmayıb. Yeni il hədiyyəsi kimi onlara 50 yer ayırıb.
"25 mahnımdan sonuncusu Yeni il təbrikim olacaq. Konsertin adındakı sirrin açıqlanmasına lap az qalib. Biletlərin qiymətləri hər cibə uyğundur – 10-60 AZN arası. Hər kəs iştirak edə bilər", - deyən 100% F.A. konsertilə bağlı yorucu, üzücü, amma ləzzətli, keyfli hazırlamalarını artıq başa vurduğunu Facebook sosial şəbəkədəki səhifəsində də qeyd edib.
Özü demişkən: "Xeyirlisi, İnşallah!"
Könül Aypara

































































-1.jpg)
-1.jpg)
-1.jpg)


























