!["Şou-biznesdəkilər bir-birinə nifrət edir"](http://oxumeni.az/images/2023/12/15/15-40.jpg)
"Şou-biznesdəkilər bir-birinə nifrət edir"
Müğənni Lətifə Soyuöz şou-biznesdəki qalmaqallardan bəhs edib.
Sənətçi sənət aləmindəkilərin bir-birinə nifrət etdiyini deyib.
"Neçə gündür şou-biznesdəki söz-söhbətlərə baxıram. Bir-birinə bu qədər nifrət... Deyirəm ki, niyə hər kəs bir-birinə iynə atmaqla məşğuldur? Niyə bir-birinə qarşı bu qədər nifrət var? Etməyin... Hamımız bir ölkənin vətəndaşıyıq, hamımız bir-birimizə bağlı olmalıyıq. Niyə bu qədər bir-birinizə nifrət edirsiniz?" deyə, Lətifə bildirib.
Oxuməni.az
Digər xəbərlər