Qaldığı hotel aktrisanı məhkəməyə verdi

Qaldığı hotel aktrisanı məhkəməyə verdi

15 Dekabr 2023 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı aparıcı, aktrisa, Viktoriya Lopyreva məhkəməyə verilib.

“Shot” teleqram kanalının məlumatına görə, aktrisa dörd ay Türkiyənin "Rixos Premium Belek" hotelində pulsuz qalıb. Hotel hazırda ondan 8 milyon rubl tələb edir.

Tətilin pulu aralarındakı razılaşmaya görə, Dubay şirkəti tərəfindən ödənilməli imiş. Lakin Viktoriya üzərinə düşən öhtəlikləri yerinə yetirməyib. Hazırda o, şirkətə 8 milyon rubl ödəməlidir. Şirkət sonradan borcla bağlı hüquqlarını Rusiyanın “CHIMEX” MMC-yə verib.

İş üzrə məhkəmə keçirilib və Viktoriya özü iclasda iştirak etməyib. Dəlil olmadığı üçün iddia təmin edilməyib.

Viktoriya "Super.ru"ya açıqlamasında bu iddialardan xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ həyat yoldaşı, iş adamı İqor Bulatova aiddir.

Oxuməni.az