Bülent Ersoyun kəfəni "Christian Dior"dan olacaq
Amerikanın "Huffington Post" qəzeti bu dəfəki sayında türk səhnəsinin divası, ikona Bülent Ersoydan yazdı. "Bülent Ersoy: türk ikonasının maraqlı həyat hekayəsi, cinsiyyətini dəyişdirən diva və istəmədən həyata keçirilən inqilab" adlı məqalədə müğənni barədə ağızdolusu danışılıb. Starın bu yazılanlara olan münasibəti isə belə olub: "Amerika mediası nə lazımdırsa, onu da yazıb. Qeyd edim ki, türk müğənnilərindən dünyada sevilən, parlayan yeganə sənətçi mənəm. Ona görə də məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çox çətin bir insanam. Çünki işimdə, həyatımda səhvsiz olmaq istəyirəm. Markaya, geyim-keçimə xüsusi yanaşıram. Hətta gülərək söyləyim ki, mənim kəfənim belə "Christian Dior" və ya "Christian Lacroixmarka"dan olacaq. Onların bəyaz ipək kəfəninə bürünəcəm".
Günel Həbib
O.M.









































.jpg)
.jpg)
.jpg)


















































