Faiq Ağayev  dünyanın axırını jurnalistlərlə bərabər keçirməyi düşünür

Faiq Ağayev dünyanın axırını jurnalistlərlə bərabər keçirməyi düşünür

19 Dekabr 2012 14:29
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlin bizlər də cəsarətli olaq!

Bildiyiniz kimi, dekabrın 27-dən 30-na kimi xalq artisti Faiq Ağayev H.Əliyev adına Sarayda "Vida" adlı solo konsertlə onusevərlərin görüşünə gələcək. Biz jurnalistlər öz aramızda deyirik ki, o vaxta sağ-salamat qalsaq, konsertdə mütləq mənada iştirak edib, gedişatı ətraflı şəkildə mediada işıqlandırarıq. Məlum məsələ bütün dünyanı lərzəyə gətirdiyi kimi bizlərdən də çoxunu qorxuya salıb. Üzümü 21 dekabr tarixindən ehtiyatlanan bəzi həmkarlarıma tutub deyirəm ki, gəlin cəsarətli olaq! Yer üzünün qorxu içərisində gözlədiyi bu tarixdən heç də çəkinməyək. Eynən xalq artisti Faiq Ağayev kimi. Axı o, məhz 21 dekabrda qələm əhlini Beynəlxalq Mətbuat Mərkəzində gözləyir:

"Salam, dəyərli jurnalist dostlarım.

21/12/12, saat 13:00-da BMM-də keçiriləcək "F.A VİDA" ilə bağlı mətbuat konfransına dəvətlisiniz.Bu gün "Dünyanın Axırı" mövzusuna son qoyulacaq! Yolunuz açıq olsun!
Dəyərli zamanınızı ayırdığınız üçün əvvəlcədən təşəkkürlər".

Könül Aypara