Necati Şaşmaz həyat yoldaşını sərvətə boğdu

Necati Şaşmaz həyat yoldaşını sərvətə boğdu

17 Dekabr 2012 16:24
Bəyəndim (0) Bəyənmədim (0)
Bu da bəyin gəlin olan hədiyyələri

Bir neçə gün bundan öncə sürpriz şəkildə nikah masasına oturan "Kurtlar Vadisi"nin Polat Alemdarı həyat yoldaşını sərvətə boğdu. Oxumeni.az-ın əldə etdiyi məlumata görə, aktyor toyda gəlinə 20 min dollar dəyərində olan tək qaş üzük, 75 min dollarlıq bilərzik, sırğa və boyunbağı, 10 min dollarlıq "Cartier" saat hədiyyə etdi. Üstəlik, Şaşmaz ailəsinin yeni üzvü üçün özəl sürücü də tutuldu. Maşınının hansı markada olacağını isə Nagehan Kaşkçı-Şaşmazın özü qərar verəcək. Maldiv adalarını çox görmək istədiyi üçün məhz bal ayını orada keçirən Nagehanın seçdiyi villanın kirayəsi Necati Şaşmaza 35 min dollara başa gəlib.

Günel Həbib

O.M.