İki aktrisa arasındakı pul fərqi...
Türk serial dünyasının ağır topları Beren Saat və Tuba Büyüküstün ekranlara dönməyə hazırlanarkən, onların hər bölüm üçün alacaqları qonorar eşidənləri "dəli" etdi. Kenan İmirzalıoğlu "Karadayı" serialının hər bölümü üçün 50 min lirə (təxminən 25 min manat) alır. O, iki illik qonorarını nəğd aldıqdan sonra müqaviləni imzalayıb. Onun bir imzası 2 milyon lirəyə (1 milyon manat) bərabər oldu.
Beren Saatın "İntikam"ın hər bölümü üçün kanaldan 69 min lirə (təxminən 35 min manat) alacağı iddia edildi. Berenin bir illik qonorarı - 1.5 milyon lirəni (750 min manat) nəğd aldığı və aktrisalar arasında rekord qırdığı ortaya çıxdı.
Tuba Büyüküstün isə "Star"dakı "20 Dakika"nın hər seriyasından 45 min lirə (təxminən 22.500 manat) qazanacaq. O da həmkarları kimi, 13 bölümün qonorarını nəğd olaraq alıb və bank hesabını şişirdib.
Günel Həbib
O.M.


































































.jpg)


.jpg)
.jpg)





















