Nigar İbrahimova yeni layihə üzərində çalışır

Nigar İbrahimova yeni layihə üzərində çalışır

17 Dekabr 2012 15:17
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur vizajist xalalıq duyğusunu dostları ilə də paylaşıb

Bir çoxları həyatlarındakı önəmli anlarını əbədiləşdirməkdən ötrü qeyri-adi tarixə üstünlük verirlər.

12.12.12... Kimisi ad gününü, kimisi toy gününü qeyd etdi. Məhz bu fərqli tarixdə ana olanlar da çox oldu. Azərbaycanın tanınmış siması - İctimai Televiziyada teleaparıcılıq edən Hüsniyyə Məhərrəmova da analıq zirvəsinə ucalananlar arasındadır. Əlavə edim ki, Hüsniyyə əkiz uşaq anası olub; qız və oğlan.

Məşhur vizajist Nigar İbrahimova üçün də 12.12.12 tarixi fərqliliyi ilə seçildi. Belə ki, o, ikinci dəfə xala oldu. Birinci dəfə bacısı İradə İbrahimovanın övladı dünyaya gələndə Nigar bu hissləri keçirmişdi. İkinci dəfə isə qeyri-adi tarixdə - kiçik bacısı Sona ana olanda. N.İbrahimova gec də olsa, duyğularını Facebook sosial şəbəkəsində paylaşdı: "12.12.12. Xala oldum!"

Əlavə edim ki, vizajist yeni ildən etibarən "Xəzər TV"-də yeni layihə ilə əlaqədar çəkilişlərə başlayıb. "İkinci sən" adlı veriliş barəsində ətraflı məlumat əldə etmək mümkün olmasa da, Nigar İbrahimovanın verilişlərdən çəkilmiş şəkilləri onun çox həvəsli olmasından xəbər verir. Uğurlu olsun!

Könül Aypara