
Aysel Teymurzadə ana olub?!
Müğənni bu xəbəri gizli saxlayır
Bu gün Facebook sosial şəbəkəsində Azərbaycanı "Eurovision-2009"-cu il Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadə haqda maraqlı məlumat yayılıb. Yazılanlara görə, Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuş Aysel bu gün oğul anası olub! Müğənni toy mərasimini mediadan gizli saxladığı kimi ana olduğunu da gizlətmək istəyib. Bununla belə, artıq xəbər Azərbaycan saytlarına sızıb.
Xatırladaq ki, Ayselin atası Məhəmməd Teymurov qızının toyu haqda bunları demişdi: "Ayselin toyu iyul ayında "Jumeirah Bilgəh Beach Otel"də baş tutub. Toy kiçik kompaniya şəklində keçirilib".
Könül Aypara
Digər xəbərlər