Şaban Milli Məclisdə!

Şaban Milli Məclisdə!

13 Dekabr 2012 18:00
Bəyəndim (0) Bəyənmədim (0)
Türk dilinin tərcüməyə ehtiyacı varmı?

Azərbaycanda televiziyaya xarici dil yasağı qoyulduqdan sonra ölkədə yayımlanan tele-kanallar ya dublaja əl atdılar, ya da ümumiyyətlə, yerli dildə olmayan bütün serial, film və verilişlərin "stop" düyməsinə basdılar. Lakin... Lakin bu gün "dil yasağı" qanununa aid bir xəbər keçdi əlimizə. Sən demə, yerli kanallardan biri məşhur türk aktyoru Kemal Sunal - Şabanın filmini dublyajsız yayımlayıb. Daha doğrusu, filmin digər iştirakçılarının sözləri dublyaj olunsa da, orijinallığını qorumaq üçün Şabanın sözləri türk dilində yayımlanıb. Bu nüans da Milli Məclisdə öz əksini tapıb və müzakirələrə çevrilib. Mövzu ilə bağlı millət vəkili Fərəc Quliyev çıxış edib. Onun sözlərinə görə, türk dilini tərcümə etməyə gərək yoxdur: "Kemal Sunalın sözlərini hamımız başa düşürük. Onun sözləri tərcümə edilmirsə, digərləri niyə edilir? Digərləri fərqli dildə danışır? Türk dilini asanlıqla başa düşürük, tərcüməyə gərək yoxdur".

Oxumeni.az onu da xəbər verir ki, bu xəbəri türk saytları da işıqlandırıblar.

Günel Həbib

O.M.