Sevgilisindən Türkiyə gözəli Şevval Şahinə böyük ad günü çiçəyi

Sevgilisindən Türkiyə gözəli Şevval Şahinə böyük ad günü çiçəyi

14 Sentyabr 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ayaqlarının uzunluğu boyda çiçək buketindən söz açan "Miss Türkiyə 2018" Şevval Şahin yeni yaşını qeyd edib. 24 yaşı tamam olan Şahin sevgilisi Murat Kazancıoğludan ona təqdim edilən nəhəng çiçəyi görən zaman öz sosial hesabında "Ayaqlarımın uzunluğu boyda" şərhini yazıb.

Sosial media hesabındakı paylaşımları və açıqlamaları ilə tez-tez gündəmdə olan Şevval Şahinin 24 yaşı tamam olub. Bir müddətdir ki, Murat Kazancıoğlu ilə sevgili olan "Miss Türkiyə" sevgilisindən nəhəng ad günü çiçəyini alanda təəccübünü gizlədə bilməyib.

Sevgilisi Murat Kazancıoğlu ad günü şənliyi üçün məşhur gözələ nəhəng gül dəstəsi göndərib. Sosial şəbəkədə güllərini paylaşan Şevval Şahin paylaşımında "Ayaqlarımın uzunluğu boydadır. Sevgilim, səni çox sevirəm" sözlərini yazıb. Nəhəng qızılgül buketini çəkisinə görə daşıya bilməyən Şevval Şahin həmin anların fotolarını da sosial media hesabından paylaşmağı da unutmayıb.

Murad Şahməmməd