
Acun Ilıcalının keçmiş xanımı və qızı xəstəxanaya yerləşdirildi
Türkiyəli iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynep Yılmaz və qızı Yasemin Ilıcalı zəhərlənib.
İstirahət üçün Bodruma gedən ana və qızı vəziyyətləri pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Onların içdikləri içkinin içinə qoyulan buz səbəbindən zəhərləndiyi ortaya çıxıb. Hazırda Zeynep və Yaseminin vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Acunla Zeynep 2003-2016-cı illərdə evli olub. Cütlüyün bu evlilikdən iki qız övladları var.
Digər xəbərlər