Beren Saatdan əfqan qadınlarına məsləhət

Beren Saatdan əfqan qadınlarına məsləhət

5 Dekabr 2012 16:50
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa ana ölümlərində demək olar ki, birinci sırada olan Əfqanıstanda əlçatmaz ulduza çevrilib

"Fatmagülün suçu ne?" serialı sayəsində Əfqanıstanda ünə qovuşan Beren Saat bu ölkə üçün daha bir addım atdı. Belə ki, zorakılığa, təcavüzə məruz qalan qadınların hər zaman arxasında olan, çəkildiyi son reklam filmindən belə əldə etdiyi gəlirin 100 min lirəsini (təxminən 50 min manat) "Mor Çatı Vakfı"na bağışlayan aktrisa qadına qarşı qalxan əlləri baykot etməkdədir. Saatın bu "yolu" Türkiyə sərhələrini aşdı və aktrisa Əfqanıstanda dayandı. O, Avropa Birliyi və Əfqanıstan Səhiyyə Nazirliyinin ortaq işi olan "Doğuşunuz ancaq və ancaq xəstəxanalarda gerçəkləşsin" layihəsində yer aldı. "Tolo Tv" və digər kanallarda yayımlanan təqdimat filmində Beren Saat əfqan qadınlarına səslənir: "Uşağınız professionalların əlində dünyaya gəlsin. Evdə uşaq dünyaya gətirməyin. Və ya buna məcbur qalsanız, mütləq yanınızda işini bilən tibb bacıları olsun!"

34 saniyəlik video lentdə star qara rəngli tişört və pencəyi ilə diqqət çəkdi. Onu da qeyd edək ki, bu proyektə məhz Beren Saatın seçilməsi birbaşa "Fatmagülün suçu ne?"də onun məruz qaldığı zorakılıqla bağlıdır.

Günel Həbib

O.M.