VİDEO: Daha  bir azərbaycanlının səsi "O ses Türkiye"dən eşidildi!

VİDEO: Daha bir azərbaycanlının səsi "O ses Türkiye"dən eşidildi!

4 Dekabr 2012 22:50
Bəyəndim (0) Bəyənmədim (0)
Fidan Hüseynova və "Sarı gəlin"...

Dünən Türkiyədə xeyli reytinq toplamış, ümumiyyətlə, dünyanın dörd bir yanında nümayiş olunan "O ses Türkiye"yə daha bir azərbaycanlı vəsiqə qazandı. Belə ki, Bakı Musiqi Akademiyasının məzunu 23 yaşlı Fidan Hüseynova yarışmada "Sarı gəlin" (P.S. Titrdə mahnının söz və bəstə hissəsində "anonim" yazılmışdı) mahnısını ifa etdi. Elə mahnının girişində onun məlahətli səsini bəyənən jüri Murat Boz düyməyə basdı və beləcə, həmyerlimiz onun komandasına daxil oldu. Xatırladaq ki, Fidan "O ses Türkiye"yə qatılan sayca üçüncü həmyerlimiz oldu. Təbriklər və uğurlar!

Günel Həbib

O.M.