Feriha əvvəlki serialına geri qayıtdı

Feriha əvvəlki serialına geri qayıtdı

4 Dekabr 2012 21:54
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa yenidən efirdədir!

Gözəl aktrisa Hazal Kaya qonaq oyunçu olaraq "Behzat Ç." serialına qoşulur. Türkiyənin "Star tv" tele-kanalında yayımlanan serialda müstəntiq Behzatın qızını canlandırmaq üçün aktrisa çəkilişlərin aparıldığı Ankaraya getdi. Xatırladaq ki, Hazal "Behzat Ç."nin yalnız üç bölümündə yer alacaq. Və ilk olaraq 81-ci bölümdə izləyiciləri salamlayacaq. Onu da qeyd etməyi unutmayaq ki, ünlü daha öncə bu seriala çəkilmişdi. O, serialın ilk seriyasında Behzat Ç.-nin öldürülən qızı Berna Ç. rolunu oynamışdı. "Bu serial çalışdığım ən yaxşı layihələrdən biridir", - deyən Hazal Kayanı bu cümə günü gözdən qaçırtmayın!

Günel Həbib

O.M.