Mayk Taysonun arvadı ona Bred Pittlə xəyanət edib
Məşhur boksçu Mayk Tayson "Qrehem Bensinqerlə təfərrüatlar" televiziya şousunun canlı efiri zamanı hər kəsi təəccübləndirə bilib. Onun sözlərinə görə, 80-ci illərin sonlarında həyat yoldaşı ona karyerasına yenicə başlamış Bred Pittlə xəyanət edib. Nəticədə boksçu aktrisa, Playboy jurnalının modeli işləyən Robin Hivensdən ayrılmalı olub. Boksçunun sözlərinə görə, bir gün o, küsülü olduğu arvadı ilə münasibətlərini düzəltmək üçün evə qayıdıb. Bu zaman arvadını yataq otağında Bred Pittlə birlikdə tutub. "Şeytan kimi ağlım başımdan çıxdı... Siz onun gözlərini görərdiniz", - deyə M.Tayson tamaşaçılarla xatirələrini bölüşüb. Onun etirafları çoxları üçün müəmmalı olsa da, boksçu sirlərini paylaşmaqdan çəkinməyib. Maraqlıdır ki, o, R.Hivenslə cəmi bir il ailəli olub (fevral 1988-ci ildən fevral 1989-cu ilədək). Ayrıldıqdan sonra dəfələrlə evlənib və müxtəlif zamanlarda müxtəlif arvadlardan 8 uşaq atası olub. Mayk Tayson Robin Hivens izdivacı pozulan dövrlərdə mətbuatda məlumatlar yayılmışdı ki, boksçu arvadının abort qərarına görə ondan ayrılıb. Aktrisa isə bunun əksini iddia edirdi. R.Hivens dəfələrlə müsahibələrində bildirmişdi ki, əri tərəfindən mütəmadi olaraq döyüldüyü üçün bətnindəki körpəsini itirib. Onlar arasında rəsmi nikah və ya nikah müqaviləsi olmasa da, o zaman boksçu aktrisaya 10 milyon dollar təzminat ödəməli olub. Beləcə, Robin Hivens həmin il "Amerikanın ən hikkəli qadını" adlandırılıb.
O da maraqlıdır ki, 80-ci illərin sonları Mayk Taysonun karyerasında ən uğurlu illər sayılırdı. Hamı super ağır çəkili mütləq dünya çempionundan qorxurdu. İndi isə o, tele-şouda etiraf edib ki, gənc aktyor Bred Pitt yataqda ondan qat-qat güclü imiş.
Xatırladaq ki, 90-cı illərin əvvəllərindən etibarən boksçunun karyerası sürətlə tənəzzülə uğramağa başladı. 1992-ci ildə zorlama maddəsi ilə 6 il həbs cəzası alan Dəmir Mayk cəzasının yarısını çəkdikdən sonra azadlığa buraxılıb. O, böyük idmana qayıtsa da, 1998-ci ildə adam döydüyünə və 2008-ci ildə avtomobilini narkotik sərxoşluq vəziyyətində idarə etdiyinə görə 2 dəfə həbsə alınıb. Hazırda M.Tayson səssizliyə çəkilib və ara-sıra sarı mətbuata məlumatlar ötürməklə gündəmi məşğul etməyə çalışır.
Bred Pitt isə ondan fərqli olaraq 90-cı illərin əvvəllərindən başlayaraq sürətlə populyarlaşmağa başlayıb. O, onlarla məşhur filmdə baş rol ifaçısına çevrilib və qısa zamanda Hollivudun seks-simvolu adını qazanıb. Bundan başqa, Ancelina Coli ilə ailə qurmaqla qayğıkeş həyat yoldaşı kimi reputasiyasını daha da möhkəmləndirə bilib. Hazırda o, 6 uşaq (qeyd: 3 uşaq övladlığa götürülmədir) atasıdır.
O.M.
















































































.jpg-2.jpg)














