Sosial media məşhuru plastik əməliyyatdan sonra dünyasını dəyişib

Sosial media məşhuru plastik əməliyyatdan sonra dünyasını dəyişib

11 May 2023 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkən sosial media məşhuru və model Ashten plastik əməliyyatdan sonra dünyasını dəyişib.

Sosial mediada Ashten G. kimi məşhurlaşan əsl adı Kristina Aşten Qurkani olan məşhur model 34 yaşında dünyasını dəyişib.

Kim Kardaşyana bənzəmək üçün çoxsaylı plastik əməliyyatlar keçirən Ashten G. estetik asılılığını dayandıra bilməyib və çox böyük döş və omba implantlarından istifadə etməyə başlayıb.

Prokuror bildirib ki, səlahiyyətli şəxslər Kristinanın ölümünü araşdırmağa davam edir. Nə baş verdiyinə dair toksikoloji hesabat mütləq veriləcək.

Kristinanın ailəsi də qızlarının qəfil və faciəli ölümünün plastik əməliyyat səbəbindən olub-olmadığını araşdırdıqlarını təsdiqləyiblər.

Oxumeni.az