Xəyanət iddialarından sonra Kadirlə Neslihan əl-ələ

Xəyanət iddialarından sonra Kadirlə Neslihan əl-ələ

29 Aprel 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktyor Kadir Doğulunun Alaçatıda iki xanımla səmimi halda görüntülənməsi müzakirələrə səbəb olub.

Aktyor ötən gün həyat yoldaşı, aktrisa Neslihan Atagüllə Kadıköydə gəzərkən obyektivlərə tuş gəlib. Cütlüyün əl-ələ olduğu diqqət çəkib.

Xatırladaq ki, Kadirin səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və Neslihanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.

Qeyd edək ki, Kadir ilə Neslihan 7 ildir evlidir.Axar.az