Şakira Mayamidən olan yeni sevgilisi ilə eşq macərasına başlayıb

Şakira Mayamidən olan yeni sevgilisi ilə eşq macərasına başlayıb

28 Mart 2023 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Şakira Mayamidən olan "sirli bir oğlan"la yeni eşq macərası yaşayır. Bu barədə Daily Mail xəbər verir.

Nəşrin yazdığına görə, dörd ay əvvəl Şakira Mayamidə "sirli oğlan" ilə tanış olub. Ancaq onlar arasında olan eşq macərası gizli saxlanılır və bu barədə mətbuata çox az şey məlumdur.

Xatırladaq ki, Şakira 11 il ərzində məşhur futbolçu Pikenin həyat yoldaşı olub. Keçən ilin iyun ayında Gerard Pike və Şakira 11 illik romantika dolu həyatdan sonra ayrılıblar. Məşhur cütlüyün bu müddət ərzində iki oğlu anadan olub. Pike Şakira ilə ayrıldıqdan sonra tələbə Klara Çia Martinlə eşq macərası yaşayır.

Yanvar ayında Şakira yeni mahnl yazdırıb. Mahnıda Şakiranın Pikeyə ünvanldığı ehtimal edilən belə bir söz yer alıb: həyat "iki 22 yaşa dəyər". O eyni zamanda "Ferrari Renault Tvingo və Rolex Casio" ilə ticarət edən futbolçuya bundan sonra yalnız əzələləri deyil, beynini də işlətməyi arzulayıb.

Elə həmin ay Gerard Pike Klara Çia Marti ilə ilk şəklini sosial mediada yayımlayıb.

Murad Şahməmmədov