3 ildir görüşmədiyi oğlunu paylaşdı, eks-xanımı əsəbiləşdi

3 ildir görüşmədiyi oğlunu paylaşdı, eks-xanımı əsəbiləşdi

24 Mart 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktyor Bekir Aksoyun üç ildir görüçmədiyi iddia edilən oğlu ilə bağlı paylaşımı keçmiş həyat yoldaşı Derya Çavuşoğlunu əsəbiləşdirib.

Aktyor oğlu Emiri sosial media hesabındakı paylaşımı ilə 9-cu ad günü münasibəti ilə təbrik edib.

Bekirin bu addımı eks-xanımı tərəfindən xoş qarşılanmayıb. O, aktyorun bu addımına "3 ildir oğlunu heç bir formada axtarıb, maraqlanmır. Oğlumdan istifadə edilərək reklam kampaniyası edilməsinə dözə bilmirəm" deyə bildirib.

Bundan sonra sosial media izləyicilərin tənqidlərinə tuş gələ Bekir paylaşımının şərh bölməsini bağlayıb.

Qeyd edək ki, Bekir sonuncu dəfə "Yasak elma" serialında rol alıb.