
Keçmiş həyat yoldaşının dostu ilə sevgili oldu
Dünyanın ən varlı modelləri sırasında yer alan Jizel Bündhen boşandıqdan sonra yeni eşqə yelkən açıb.
42 yaşlı model keçmiş həyat yoldaşı, amerikalı idmançı Tom Bredin dostu, 55 yaşlı milyarder, hotel maqnatı Ceffri Sofferlə münasibətdədir. Cütlüyün bir neçə aydır görüşdüyü bildirilib.
Qeyd edək ki, Jizel ötən ilin oktyabrında Tomdan boşanıb. 2009-cu ildə ailə quran ikilinin 14 yaşlı Benjamin, 9 yaşlı Vivian, 15 yaşlı Cek adlı övladları var.
Soffer supermodel və aktrisa Elle Makfersonun keçmiş həyat yoldaşıdır. Onlar 2017-ci ildə boşanıblar.
Ceffri Soffer və Elle Makferson (2015
Jizel Bündhen və Tom Bred
Axşam.az
Digər xəbərlər