
Beyons tarixdə ən çox "Qremmi" mükafatl alan rekorduna imza atıb
Beyonsun ifa etdiyi "Renessans" mahnısı üçün "Ən Yaxşı Rəqs/Elektron Musiqi Albomu" və "CUFF İT" üçün "Ən Yaxşı R&B Mahnısı" mükafatına layiq görülüb.
Oxuməni.az xəbər verir ki, bununla da o, 31 mükafat alan və 20 il "Qremmi" rekordçusu olaraq qalan, "Qremmi" mükafatlarının sayına görə mərhum Britaniya-Verger dirijoru Georq Şoltinini ötüb.
Beyons mükafatı qəbul edərkən "Çalışıram ki, çox emosional olmayım .
Sadəcə bu gecəni qəbul etməyə çalışıram” deyə müğənni əlavə edib.
Mükafatı qəbul edən Beyons ailəsinə, o cümlədən məşhurlaşmamışdan əvvəl səhnə geyimlərinin dizaynına kömək edən mərhum əmisi Conniyə təşəkkür edib.
E.Axund, Oxuməni.az
Digər xəbərlər