"Bizdən artıq bunu gözləməyin" - Video

"Bizdən artıq bunu gözləməyin" - Video

28 Yanvar 2023 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl barışan müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva səmimi görüntüləri ilə diqqət çəkiblər.

Oxuməni.az xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın ad günündə Axşam.az obyektivinə tuş gələn sənətçilər dostluqlarını əvvəlki kimi davam etdirdiklərini deyiblər. Xatun bildirib ki, verilişdəki barışıqdan sonra görüşərək aralarında baş verən problemə aydınlıq gətiriblər:

"Biz artıq dolğun xanımlarıq. Onun ailəsi, nəvəsi, mənim də oğlum evləndi. İnşallah, nənə olum. Çalışdığımız qədər bir-birimizi əziz tutacağıq. Bundan sonra bizdən gözləməyin bir-birimizi tənqid edək. Barışıqdan sonra əlaqə saxladıq, bir dostumuz bizə qonaqlıq da verdi".

Fatimə isə "Bizdən dava gözləməyin" deyərək, əlavə edib.