Özündən 22 yaş kiçik modelyerlə evləndi

Özündən 22 yaş kiçik modelyerlə evləndi

25 Yanvar 21:45
61
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ildə Feyza Aktandan boşanan Özcan Dənizin uzun müddətdir sevgilisi olduğu, özündən 22 yaş kiçik modelyer Samar Dadgar adlı sevgilisi ilə evləndiyi iddia edilib. Anasının “Mən onun evlənməsini qətiyyən istəmirəm” xəbərdarlığına məhəl qoymayan Dənizin həftəsonu sadə mərasimlə nikah masasına əyləşdiyi deyilir. 2018-ci ildə ailə quran Feyza Aktan və Özcan Dəniz 2019-cu ildə problemli şəkildə boşanıblar. Kuzey adlı oğullarının himayədarlığına görə keçmiş həyat yoldaşı ilə tez-tez məhkəmədə görüşən Özcan Dənizin şəxsi həyatının zorakılığa məruz qalması ilə bağlı iddia ortaya atılıb. 50 yaşlı Özcan Dəniz uzun müddətdir eşq münasibəti yaşadığı 28 yaşlı iranlı modelyer Samar Dağdara son aylarda evlilik təklifi edib. Magazin xəbərlərində bildirilir ki, münasibətlərini gözdən uzaq tutmağa üstünlük verən ikilinin həftə sonu Zekeriyaköydəki evlərində nikah masasına oturduğu iddia edilib. Sakitcə ailə quran cütlük evlilik xəbərləri ilə bağlı heç bir açıqlama verməyib. Özcan Dənizin anası isə "Oğlumun evlənməsini istəmirəm" deyərək onun evliliyə veto qoymuşdu. Göründüyü kimi, bütün təziqlərə baxmayaraq Özcan Dəniz gizlində də olsa rəsmi şəkildə ailə qura bilib.

Murad Şahməmmədov