Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi

Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi

15 Yanvar 13:12
125
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa xanımı ötən gün "Səs Azərbaycan" yarışmasında yer alıb. O, münsif kürsüsündə oturan aşıq Samirə Əliyevanın komandasında olmağı seçib.

Oxuməni.az Axşam.az-a istinadən xəbər verir ki, həmin yayımdan sonra Hüseynin instaqramdakı paylaşımı diqqət çəkib. Belə ki, musiqiçi aşığın estradadan danışmasını tənqid edib.

"Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına".

Hüseyn ad çəkməsə də, hər kəs onun bu sözü Samirəyə atdığını bildirib.