Elvisin qızı Liza Mari Presli  xəstəxanaya aparılıb

Elvisin qızı Liza Mari Presli  xəstəxanaya aparılıb

13 Yanvar 09:58
173
Bəyəndim (0) Bəyənmədim (0)

Elvisin qızı Liza Mari Presli xəstəxanaya aparılıb.

Oxuməni.az xəbər verir ki. bu barədə ABŞ mətbuatının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, müğənni və "Rok-n-Roll kralı"nın yeganə övladı Liza Mari Presli ürək dayanmasından sonra xəstəxanaya aparılıb.

Elvis Preslinin 54 yaşlı qızı Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Bildirilir ki, müğənninin ürəyi tam dayanıb və nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Onun hazırkı vəziyyəti barədə məlumat verilmir.

Liza Marinin anası Priscilla Presley Twitter-də qızının həqiqətən də xəstəxanaya aparıldığını təsdiqləyib. "İndi ona mümkün olan ən yaxşı qayğı göstərilir. Zəhmət olmasa, onun və ailəmiz üçün dua edin", - o yazıb.

Lisa Marie Presley 1968-ci ildə anadan olub, atasının yolunu davam etdirərək peşəkar müğənni olub.

2003-cü ildə bir neçə yüz min nüsxə satılan və tənqidçilər tərəfindən yaxşı qarşılanan ilk solo albomunu buraxıb.

Liza Mari Presli bir neçə məşhurla, o cümlədən Maykl Cekson, aktyor Nikolas Keyc, musiqiçilər Denni Keoq və Maykl Lokvudla evlənib. Onun üç övladı var idi, onlardan biri (Benjamin Keogh) 2020-ci ildə intihar edib.

Sonuncu dəfə Liza Mari Presli çərşənbə axşamı Los-Ancelesdə Qızıl Qlobus mərasimi zamanı, ictimaiyyət qarşısına çıxıb.

Sonra o, anası ilə birlikdə göz yaşları içində atasını canlandıran Ostin Batlerin, Baz Luhrmanın "Elvis" filmində ən yaxşı kişi rolu mükafatını necə almasına baxıb.

Mərasim zamanı aktyor Elvis Preslinin ailəsinə bioqrafik çəkilişdə göstərdiyi köməyə görə təşəkkür edib.

"Çox sağ olun, ürəyinizi, xatirələrinizi və evinizi mənə açdığınız üçün" , "Liza Marie, Priscilla, mən sizi həmişə sevəcəyəm!" - deyə Batler söyləmişdi.

Rüfət, Oxuməni.az