Doğuş bir gəncin atalıq iddiası üçün DNT nümunəsi verib

Doğuş bir gəncin atalıq iddiası üçün DNT nümunəsi verib

9 Yanvar 2023 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

22 yaşlı Seyid adlı gənc bir müddətdir Azərbaycanda yaşayan müğənni Doğuşun əsl atası olduğunu iddia edərək məhkəməyə müraciət edib. Prosesin uzanmasını istəməyən Doğuş gəncin əsl atası olub-olmadığını öyrənmək üçün DNT nümunəsi verib.

Xatırladaq ki, Məhşur sənətçi Doğuş 2006-cı ildə evləndiyi Şeyma Uyğundan 2009-cu ildə boşanıb. 2014-cü ildə azərbaycanlı aparıcı və jurnalist Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub. Uzun müddətdir gözdən uzaq düşən Doğuşun atası olduğunu deyən 22 yaşlı Seyid adlı gənc müğənnini məhkəməyə verib. Prosesin uzanmasını istəməyən Doğuş DNT nümunəsi verib və nəticənin bir an əvvəl çıxmasını istəyib. Türkiyədən Azərbaycana gələn Seyid maraqla DNT nəticəsini gözləməkdədir. Digər tərəfdən adıçəkilən gənc məşhur müğənniyə bənzəməsi ilə diqqətləri çəkib.

Murad Şahməmmədov