Samir Bağırov özünə qəsd edib?!

Samir Bağırov özünə qəsd edib?!

29 Aprel 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni haqda dedi-qodular səngimək bilmir

Klipmeyker Zöhrab Ağayevə "Son yarpaq" mahnısı üçün klip çəkdirən Samir Bağırov haqda növbəti dedi-qodular yayılıb. Ciddi kişi görünüşü ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan Samirin dünən axşam özünə qəsd edildiyi söylənilməkdədir. Bir neçə saatdır ki, Bakı şəhərinə yayılan bu xəbərdən çoxları şoka düşüb. Məlumatı dəqiqləşdirməkdən ötrü Samirlə əlaqə saxlamağa cəhd göstərsək də, onun mobil telefonunun bağlı olması bizləri daha da təşvişə salmış oldu. Amma müğənninin yaxın dostlarının sayəsində S.Bağırovun sağ-salamat olduğunu öyrənə bildik: "Samir sağ-salamatdır. Narahatçılığa heç bir səbəb yoxdur. Bütün bunlar onu gözü götürməyənlərin işləridir, hələ də Samirdən əl çəkmək istəmirlər. O, qalxmaq istəyir, amma ətrafındakı bəziləri buna imkan vermirlər. Elə belələrinin ucbatından Samir Azərbaycandan müvəqqəti uzaqlaşmışdı. Heç kim indən belə ona zərər yetirə bilməyəcək, çünki artıq Samir Bağırovun ətrafına sağlam insanlar toplaşıb".

Kişinin başına iş gələr...


Könül Aypara


O.M.