Çernoqoriya gözəli 2012-ci ilin sivilizasiya gözəli seçildi

Çernoqoriya gözəli 2012-ci ilin sivilizasiya gözəli seçildi

23 Sentyabr 2012 13:33
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə təmsilçisi 2-ci, Serbiya gözəli isə 3-cü oldular

Heydər Əliyev Sarayında təşkil olunmuş "Miss Civilization of The World" müsabiqəsinin qalibi bəlli oldu. İyirmi dörd ölkənin qatıldığı gözəllər arasında Miss Çernoqoriya Jovana Lekic münsiflər heyətinin yetkin qərarı ilə rəqiblərini geridə qoyub "Mia Jewellery"nin təqdim etdiyi 25 000 avroluq taca sahib çıxdı. İkinci yeri, eyni zamanda "Miss Karolina Valiant" və "Miss AF Hotel" sponsor nominasiyalarını türk gözəli Hande Erçel, üçüncü yeri və "Miss Jewellery" sponsor nominasiyasını isə Serbiya gözəli Dragana Dujoviç qazandılar. Azərbaycan gözəli Aytac Ağacanova və Macarıstan gözəli Marta Zemplenyi "Miss Peace" (Barışıq gözəli) nominasiyanı qazandılar. Digər sponsor nominasiyalarında "Miss X-Lady" Ukrayna gözəli Yuliya Sapojnikova, "Miss İce" Estoniya gözəli Elizabet Kandru, "Miss Shwarzkopf" Qırğızıstan gözəli Aycan Seysembaeva, iştirakçılar arasında gizli səsvermə nəticəsində isə "Mis Friendship" nominasiyasını Avstraliyadan Cesika Tayn Rodgers qazandılar. Təsəlli olaraq digər iştirakçılara "Shwarzkopf" firmasından hədiyyələr verildi. Qeyd edək ki, müsabiqənin münsiflər heyətində CFC Organizationun rəhbərləri Kemal Cenk İçten, Fərid Bağırov, Akkaya Productionun rəhbəri Ahmet Akkaya, "Karolina Valiant"ın direktoru Elman Həsənov, "Mia Jewellery"nin nümayəndəsi Anar Qasımov, TMB kanalının genel quruluş yönətməni Hakan Solaqer, türk aktyoru Osman Albayrak və başqa tanınmış simalar əyləşmişdilər.

Qeyd edək ki, Miss Civilization of The World 2012 Mədəniyyətlər gözəli müsabiqəsinin təşkilatçıları CFC Organization və ATV kanalı, eyni zamanda müsabiqənin dəstəkçisi Türkiyədə fəaliyyət göstərən Akkaya Productiondur. Müsabiqənin informasiya dəstəyi www.simsar.az saytı və TMB kanalıdır.

O.M.