Məşhur aktrisa morqa göndəriləcək

Məşhur aktrisa morqa göndəriləcək

28 Aprel 2011 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivud ulduzu Lindsi Lohan morqa göndərilib. CNN-nin verdiyi məlumata görə, 120 gün müddətinə azadlıqdan məhrum edilən və 480 saat ictimai işə məhkum edilən Lindsi Lohan bir həftə Los-Ancels dairəsindəki morqda işləyəcək.

O, təhqiqatçılara ölümlərin tədqiqində kömək edəcək, eyni zamanda morqda zibil təmizləyəcək. Ancaq aktrisa morqun meyitlərin yarıldığı şöbəsinə göndərilməyəcək.

Aktrisa ancaq meyitlərin saxlanıldığı və toplandığı otaqda olacaq.


Ölüdən qorxmaq lazım deyil. Təhlükəli olan diri insandır...


Hafiz Əhmədov


O.M.