Əlinizi işdən ayırın - J.Lo yoldadır...

Əlinizi işdən ayırın - J.Lo yoldadır...

20 Sentyabr 2012 15:31
Bəyəndim (0) Bəyənmədim (0)
Star: "Bakıda konsert vermək mənim üçün şərəfdir"

Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Bu günü səbirsizliklə gözləyirəm və artıq Bakıya yola düşürəm". Bu sözləri sentyabrın 23-də Bakıda konsert verəcək dünya şöhrətli müğənni Cennifer Lopez öz rəsmi internet səhifəsində yazıb. Müğənni sentyabrın 22-si və 23-də Bakıda yaddaqalan və gözəl gecə keçirəcəyini qeyd edib: "Mən Azərbaycana ilk dəfə səfər edəcəm. Bu, mənim üçün çox böyük şərəfdir. Eyni zamanda, sevinirəm ki, idman tədbirinə bütün dünyadan güclü və insanı ruhlandıran xanımlar yığışacaqlar. Hər kəsə uğurlar arzu edirəm. Bakıda görüşərik!"
Qeyd edək ki, Cennifer Lopez sabah Bakıda olacaq. Müğənni sentyabrın 22-də "Tofiq Bəhrəmov" adına Respublika stadionunda keçiriləcək "17 yaşlı Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012"-nin rəsmi açılış mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, "Baku Crystal Hall" səhnəsində solo-konsert verəcək.

O.M.