Mərhum pop ulduz stadionda peyda olacaq
İngiltərənin "Fulhem" klubunun sahibi Məhəmməd Əl-Fayed məşhur pop ulduzu Maykl Ceksonun xatirəsini əbədiləşdirmək qərarına gəlib
Ərəb biznesmen 2009-cu ildə vəfat edən mərhum dostu-dünya şöhrətli müğənni Maykl Ceksonun heykəlini sahibi olduğu İngiltərənin Fulhelm klubunun stadionunda düzəltdirmək fikrindədir. 2 metrlik qızıl heykəl klubun stadionunun girişində yerləşdiriləcək. Müğənninin abidəsi üçün əvvəl başqa yer seçilsə də, qətərli klub sahibi fikrini dəyişib. Qeyd edək ki, "Fulhem" azarkeşləri isə bunun əleyhinədir.
O.M.
Digər xəbərlər