
N.Dostəliyeva Türklərə xörək bişirməyi öyrədir
Hal-hazırda Türkiyənin "D" kanalında "Mutfağım" ("Mətbəxim") adlı veriliş yayımlanır. Həftə içi hər gün efirdə olan verilişin aparıcısı bu dəfə Bakıya gələrək, xalq artisti Nazpəri Dostəliyevanın evində azəri yeməklərinin hazırlanması qaydalarını tamaşaçılara təqdim etməkdədir. Onu da əlavə edim ki, Nazpəri son dərəcə səlist qaydada yeməklərimiz haqda məlumat verir. O, əvvəlcə əriştə bişirdi, sonra badamburanın xəmirini hazırladı. Ardınca isə "Azeri mantısı"nın ("Gürzə"nin) hazırlanma qaydasını nümayiş etdirdi. Nəzərinizə çatdırım ki, N.Dostəliyeva yemək hazırlayan zaman "Sarı gəlin" və "Aman ovçu" mahnılarını zümzümə etməyi də unutmadı. Bu arada aparıcı xanımın özündən yaşca böyük xanıma, azəri sənətçisinə, xalq artisti Nazpəri Dostəliyevaya "sən" deyə müraciət etməsi heç də ürəkaçan deyil.
Könül Aypara
O.M.