Nadiq Qafarzadə, Nüşabə Ələsgərli və Firuzə İbadova arxa qapıdan qaçmalı oldular

Nadiq Qafarzadə, Nüşabə Ələsgərli və Firuzə İbadova arxa qapıdan qaçmalı oldular

19 Sentyabr 2012 15:47
Bəyəndim (0) Bəyənmədim (0)
Fanat ordusu onları “Mətbuat Evi”nin qarşısında gözləyirdi

Bu gün "Mətbuat Evi"ndə keçirilən tədbirə müğənnilər Nadiq Qafarzadə, Nüşabə Ələsgərli və Firuzə İbadova dəvət almışdılar. Oxumeni.az-ın xəbərinə görə, müğənnilər "Mətbuat evi"nin binasında yerləşən "Araz F.M."-ə dəvətli idilər. Onların həmin məkanda olduğundan xəbər tutan fanatlar binanın qarşısında toplaşmağa başladılar. Qısa müddət ərzində əraziyə onlarla adam yığıldı. Bu hal "Mətbuat evi"nin mühafizə xidmətinin narahatlığına səbəb oldu. Vəziyyətdən xəbər tutan müğənnilər çıxışdan sonra binanı arxa qapıdan, yeməkxananın içindən keçərək tərk etməli oldular. Nadir Qafarzadə həmkarlarından fərqli olaraq, yeməkxanada nahar edən hər kəsə "nuş olsun", - deyə xitab etdi.

Fanatlar isə mühafizə xidmətinin təkidi ilə tezliklə ərazini tərk etmək məcburiyyətində qaldılar.

O.M.