
Beren Saatın dönüş saatı bəlli oldu
Son illərdə gözəllikləri ilə yanaşı, karyeralarındakı uğurları ilə də diqqət mərkəzində olan iki göz qamaşdıran aktrisa - Tuba Büyüküstündən sonra Beren Saatın da nə zaman ekrana dönəcəyi bəlli oldu. Altı ildir heç ara vermədən - üstəlik, iki sezon davam edən "Hatırla sevgili", "Aşkı memnu", "Fatmagülün suçu ne?"dən sonra "Çox yoruldum", - deyən Beren bir müddət işindən uzaq qalmaq qərarına gəlmişdi. Ötən iyun ayından etibarən işsiz olan və bir çox istehsalçı şirkətdən təklif alan ünlü gələn təklifləri dəyərləndirdi və sonda birinin üzərində dayandı. Beləliklə, əldə etdiyimiz isti xəbərə görə, Beren Saat "D Production"un 2013-cü ildə lentə alacağı bir serialda baş rolda iştirak edəcək. "Kanal D"də yayımlanacaq olan serialda o, baş rolu Mert Fıratla paylaşa bilər.
Günel Həbib
O.M.