Cennifer Lopezin Bakıdakı konsertinin təşkilinə 500 əməkdaş cəlb olunub

Cennifer Lopezin Bakıdakı konsertinin təşkilinə 500 əməkdaş cəlb olunub

17 Sentyabr 2012 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Cennifer Lopezin "Crystal Hall"da keçiriləcək solo-konsertinə hazırlıq işləri tam sürəti ilə davam edir. Konsertin təşkilatçısı "Omnikomo Music Group"un PR və marketinq şöbəsindən verilən məlumata görə, sentyabrın 23-də keçiriləcək konsert üçün 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıqlar gətirilib. Hazırlıq işlərində 500-ə yaxın əməkdaş çalışır. Artıq zal üçün nəzərdə tutulan biletlərin hamısı satılıb. Hazırda yalnız tribunalar üçün azsaylı biletlər qalıb.

O.M.