
Emrah ilk türk olacaq!
Qazaxıstanda 17-21 sentyabrda düzənlənəcək olan səkkizinci "Eurasia Film Festivalı"na fəxri qonaq kimi dəvət olunanlar arasında türkiyəli müğənni Emrah da var. Ötən illərdə Kevin Kostner, Jerard Depardiye kimi ulduzların fəxr qonaq kimi qatıldığı tədbirə bu il dəvət olunanlar siyahısında "küçük" Emrahın da ismi var. Festivalın ödülləndirdiyi ilk türk sənətçi olan Emrah Qazaxıstanda yayıma girən "Kınalı kar" serialındakı performansına görə mükafata layiq görüləcək. Emrah Bred Pittin də dəvətli olduğğu festivala qatılmaq üçün önümüzdəki həftə Qazaxıstana gedəcək. O, ilk türk olacağı üçün çox həyəcanlı və sevincli olduğunu dilə gətirib.
Günel Həbib
O.M.
Digər xəbərlər