Karolin "Öyle bir geçer zaman ki"dən uzaqlaşdırılacaq?

Karolin "Öyle bir geçer zaman ki"dən uzaqlaşdırılacaq?

13 Sentyabr 2012 18:22
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisaya xəbərdarlıq edilib

"Öyle bir geçer zaman ki"nin Karolini - Vilma Ellesin stulu deyəsən, yavaş-yavaş tərpənir. Belə ki, şirkətlə bağladığı müqaviləyə əsasən özəl həyatı ilə gündəmə gəlməsi qadağan olunan aktrisa nədənsə bu qanuna boyun əymir. Şəxsi həyatını mətbuatın önündə yaşamağı tərcih edən Vilma gələn xəbərdarlıqları qulaqardı etməklə serialın növbəti kadrlarında görünməmək təhlükəsi ilə qarşı-qarşıya qalır. Elles "Kanal D" və istehsalçı şirkətlə bağladığı müqavilənin bu bəndinə ayaq uydurmadığına, serialın imicinə zərər gətirəcək hərəkət etdiyinə, seyirçinin fikrini yayındırdığına görə təzminat belə ödəməyə məcbur qala bilər.

Günel Həbib

O.M.