Ancelina Coli: "Təşəkkürlər, Türkiyə!"

Ancelina Coli: "Təşəkkürlər, Türkiyə!"

13 Sentyabr 2012 17:56
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa qaçqın düşərgəsini ziyarət edib

"BMT"nin xoşməramlı səfiri, eyni zamanda Hollivud ulduzu Ancelina Coli Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların düşərgəsini ziyarət edib. Təxminən 12500 qaçqının yaşadığı bölgəyə BMT üzvləri ilə birlikdə ayaq basan Colini yerli səlahiyyətli orqanlar qarşılayıblar. Onlar qonaqlara düşərgə ilə bağlı məlumat veriblər. Suriyalı ailələri "evlərində" ziyarət edən aktrisa bağça, xəstəxana və məktəbləri də gəzib. Jurnalistlərə bağlı olan ziyarətin sonunda mətbuata açıqlama verən BMT səlahiyyətlisi Antoniyo Qutteres Türkiyədən olduqca razı qaldıqlarını, qaçqınlara yüksək səviyyədə və keyfiyyətdə baxıldığını söyləyib.

Günel Həbib

O.M.