
Elşən Xəzərin müalicəsi xaricdə davam edəcək
Məşhur meyxana ustadı Elşən Xəzər İrana müalicəyə gedəcək. Bu barədə Publika.Az-a meyxanaçının prodüseri Hacı Qurbanov məlumat verib.
"Elşənin vəziyyəti yaxşılaşdığından xəstəxanadan çıxıb. Həkim nəzarəti altında evdə müalicəsini davam etdirəcək. Bu ayın axırında isə İrana müayinəyə gedəcək. Həkimlər lazım bilsələr, əməliyyat olunacaq". Xatırladaq ki, Elşən Xəzər sentyabrın 4-də mədəaltı vəzində yaranan ağrılar səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirdilər.
O.M.
Digər xəbərlər