
Ayan Babakişiyeva ölümünü ekranlaşdırıb
Müğənninin yeni klipi tezliklə efirlərdə
Yeni mövsümdə də yenilikləri ilə tamaşaçıları təəccübləndirməyə hazırlaşan Ayan Babakişiyeva artiq start götürüb. Bu günlərdə müğənninin "Məni anla" adlı mahnısına çəkilmiş klipi efirlərdə yayımlanacaq. Klipin süjet xəttində Ayan əvvəlcə döyüləcək, sonra isə vəfat edəcək. Əslinə qalsa, "bu qız əməlli-başlı şir ürəyi yeyib" desəm, yanılmaram. Axı öz ölümünü ekranlaşdırmağın da düşər-düşməzi olur. Deməli, A.Babakişiyevada şir ürəyi var ki, vəfatını lentə aldırmaqdan çəkinməyib. Allah uzun ömür versin! "Məni anla" klipinə də, onun baş qəhrəmanına da!
Könül Aypara
Digər xəbərlər