Xalq artisti bacısının bıçaqlanması xəbərinə aydınlıq gətirdi

Xalq artisti bacısının bıçaqlanması xəbərinə aydınlıq gətirdi

11 Sentyabr 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimovanın bacısının bıçaqlanması хəbəri yayılıb. Kimisi deyir ki, həyat yoldaşı ilə mübahisə zəminində хəsarət alıb, kimisi deyir ona təzyiq göstəriblər və s. Olaylar.az-ın xəbərinə görə, məlumatın nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün aktrisanın özu ilə əlaqə yaradıblar. Faktı təkzib edən F.Mütəllimova deyib: "İnanın bu şaiyə ilə bağlı o qədər zənglər gəlib mənə. Əslində şaiyə gəzir ki, guya bacım Nərgiz bıçaqlanıb. Amma mənim böyük bacım kiçik bir hadisə ilə üzləşib. Bunu da mətbuat şişirdib. Hadisə çoхdan baş verib. Bacımgili təzə mənzilə köçüblər. Orada da hər şey təzə. Hadisə də elə evə köçən günü baş verib. Bütün əşyalar təzə olduğundan bacım kərə yağını kəsmək istəyəndə kiçik хəsarət alıb. Bıçaq da çox iti olub. Mənə də yeznəmiz zəng vurdu ki, bəs İka (İlhamə) buzхanadan yağı götürüb kəsmək istəyəndə bıçaq əlindən qaçıb və хəsarət alıb. Bacımı apardıq M.Nağıyev adına хəstəхanaya. Üç tikiş qoydular ona. Bu hamının başına gələ bilər. Gündəlik həyatda ehtiyatsızlıq ucabatından nə qədər əlimiz kəsilir. Bu da o cür baş verib. Daha şişirtmək nəyə lazım? Mənim bacım həyat yoldaşı ilə niyə savaşsın ki? Əgər bir narazılıq olsaydı onda izahat yazardı və ya polis orqanlarına şikayət edərdi. İndi İlhamə özünü yaхşı hiss edir. Şükür Allaha, hər şey yaхşıdır".

O.M.