Azərbaycanlı müğənni bahalı çantası və geyimi ilə dünya mətbuatında

Azərbaycanlı müğənni bahalı çantası və geyimi ilə dünya mətbuatında

11 Sentyabr 2012 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Berlində keçirilən "musiqi texnologiyaları " sərgisində konsert proqramı ilə çıxış edib.

Yayılan xəbərlərə görə, sərgidə dünyanın nüfuzlu media qurumları üçün təşkil edilən konsert proqramında azərbaycanlı müğənninin çıxışı coşqu ilə qarşılanıb. Konsert proqramında İlhamə Qasımova öz repertuarından bu ilin ən hit mahnılarını səsləndirib. Alman mətbuatının yaydığı məlumata görə, sənətçimizin nümayiş etdirdiyi qeyri-adi ifa sərgidə iştirak edən media mənsublarının hədsiz marağına səbəb olub.

Jurnalistlər müğənnimizə Azərbaycanla bağlı suallar da ünvanlayıblar. Dünyanın aparıcı mətbu orqanlarına müsahibə verən İlhamə Azərbaycan musiqisinin zənginliyindən danışıb. Sərgiyə qatılan dünyanın media mənsubları İlhamə Qasımovanın fotolarından ibarət rəngarəng fotosessiyalar edərək öz mətbu orqanlarında nümayiş etdiriblər. Müğənnimizin geyim üslubu, hətta əlindəki qiymətli kiçik əl çantası belə jurnalistlərin diqqətindən yayınmayıb. Sərgi müğənnimizin alqış sədaları ilə müşayiət olunan ifası ilə yekunlaşıb.

O.M.