
Müğənnilərimiz YAP-ın üzvü olub
Tanınmış gənc sənətçilər Yeni Azərbaycan
Partiyasının sıralarına qoşulublar.
YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən "Azərbaycan gəncliyi
və müasirlik" konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi,
Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə
Əliyeva, Tərlan Fərzəliyev və başqalarına partiya vəsiqələri təqdim olunub.
Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim ediblər.
Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.
YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi
keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni
əsirgəməyəcəklərini qeyd ediblər.
Müğənnilərimiz də artıq siyasət işlətməyə başlayıblar.
Elvin Babayev
O.M.