
Alim Qasımov: “Allah onların cazasını versin!”
SİA-nın yaydığı xəbərə görə dünən Müşfiqabad qəsəbəsindəki kafelərin birində Xalq artisti Alim Qasımovun oğlunu bıçaqlayıblar. Xəbərdə deyilir ki, kafelərin birində düşən davada səkkiz nəfər iştirak edib. Qadir Qasımov dostu ilə yemək yeyərkən naməlum səbəblərdən digər 6 nəfərlə aralarında münaqişə yaranıb. Nəticədə Q.Qasımov və dostu çoxsaylı bıçaq xəsarətləri alıblar. Alim Qasımovun oğlu səkkiz bıçaq zərbəsi alıb, dostunun vəziyyəti isə ağırdır. Bu barədə Publika.Az-a danışan sənətkar bildirib ki, yayılan xəbərlər yalandır:
"Kimsə çaşıb, adımıza ləkə yaxmaq istəyib. Belə bir hadisə olmayıb. Allaha şükür, hər şey gözəldir, hər şey öz yerindədir. Allah sizdən razı olsun ki, dərhal mənimlə əlaqə saxladınız. Qoy, hamı bilsin ki, bu, yalan xəbərdir. Qanı yatızdırarlar, qan qatmaq olmaz! Vallah, bu xəbəri kimlərin yaymasını ağlıma belə gətirə bilmirəm. Buna görə də heç kimdən şübhələnmirəm. Oğlumun bıçaqlanması xəbərini yaydıqlarına görə, Allah onların cazasını versin!"
O.M.