Rusiya gözəli həbs olunub
1998-ci ildə Rusiyanın gözəli seçilmiş Anna Malova Nyu-Yorkda "Strawberry" mağazasından 10 dollarlıq şlyapa və 135 dollarlıq ayaqqabı oğurlamağa cəhd göstərib.
"Lifenews.ru" saytının verdiyi məlumata görə, mağazanın mühafizəçiləri 39 yaşlı Anna Malovanın şlyapa və ayaqqabını çantasında gizlətdiyini görüblər.
O, saxlanılaraq polisə təhvil verilib. Anna Malova girov müqabilində azadlığa buraxılsa da, mayın 24-də məhkəmə qarşısına çıxmalıdır.
Qeyd edək ki, o, bir dəfə narkotik aludəçiliyi səbəbindən bu ilin fevral ayında polis tərəfindən saxlanılmışdı.
Sonrada deyirlər ki, gözəllik dünyanı xilas edəcək...
Elvin Babayev
O.M.
Digər xəbərlər